Sumqayıtda yaşayış binasında yanğın baş verib

11:04 | 01.02.2024
Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıtda yanğın nəticəsində ana və övladları tüstüdən zəhərlənib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə 8-ci mikrorayonda baş verib.

Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızının kirayə qaldığı ümumi sahəsi 70 kv.metr olan mənzilin 10 kv.metr hissəsi yanıb. Nəticədə qadın və övladları, 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad Ibrahim oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM