"Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatət təmin edilməyib. Bu barədə onun vəkili Bəhruz Bayramov anews.az-a açıqlamasında bildirib.
Vəkil bildirib ki, Qasımova ilə bağlı həbs-qətimkan tədbiri seçilib.
"Elnarə xanım ev dustağlığına buraxılmadı. Biz bildirdik ki, Elnarə Qasımovanın bu cinayət əməlində hansı rolu olduğunu təqdim etsinlər. Ancaq təqdimat olmadı. Saxlama şəraiti ilə bağlı narazılığı yoxdur. Əvvəlki məhkəmə Əllərinin qandallanması ilə bağlı ombudsmana müraciət etmişik ancaq hələki bir cavab yoxdur",- vəkil əlavə edib.
Elnarə Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. "Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova həbs ediliblər.
Elnarə Qasımova bu iş üzrə həbs edilən altıncı jurnalistdir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !