Türkiyədə istehlak qiymətlərinin artım tempi yanvarda sürətlənərək 2022-ci ilin noyabrından bu yana on dörd ayın ən yüksək səviyyəsinə çatıb.
Ölkənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə, ötən ilin dekabrında 64,8% olan inflyasiya bu ilin yanvarında 64,9% -ə kimi artıb.
Bununla yanaşı Trading Economics-in ekspertləri orta hesabla infkyasiyanın 64,5%-ə qədər yavaşıyacağını proqnozlaşdırıblar.
Yanvarda kommunal xidmətlərin qiyməti 46% (bir ay əvvəl - 40,4%), nəqliyyat xidmətləri 77,5% (77,1%) artıb. İstirahət və əyləncə qiymətləri 61,8% (61,3%) yüksəlib.
Bu arada dekabrda 72% bahalaşan ərzaq qiymətləri yanvarda daha 69,7% artıb.
İstehlak qiymətləri yanvarda əvvəlki ayla müqayisədə 6,7% artıb ki, bu da 2023-cü ilin avqustundan bəri ən güclü sıçrayışdır.
Ərzaq, enerji, tütün məmulatları və qızılın xərclərini daxil olmadığı baza inflyasiyası yanvarda 70,5% bahalaşıb.
Türkiyədə istehsalçı qiymətləri (ÜFE) keçən ay illik müqayisədə 44,2%, dekabr ilə müqayisədə isə 4,1% artıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !