"Bakı Fond Birjası"nın dövriyyəsi açıqlanıb

17:24 | 08.02.2024

"Bakı Fond Birjası"nın dövriyyəsi açıqlanıb

2024-cü ilin yanvarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269,04 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,1% çoxdur. Bu barədə "Bakı Fond Birjası" QSC-dən (BFB) məlumat verilib.

Məlumata görə, son 1 ildə bağlanmış əqdlərin sayı isə 1,5 % azalaraq 929 olub.

BFB-nin dövriyyəsinin 70,7 %-i və ya 1 milyard 605,236 milyon manatı repo əməliyyatlarının payına düşüb, bu da illik müqayisədə 2-dəfə çoxdur. 
 
Bununla yanaşı hesabat dövründədövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 21,5 % azalaraq 507,623 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,3 dəfə artaraq 156,182 milyon manat təşkil edib.
 
2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası olan "Bakı Fond Birjası" Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır.
 
BFB 1997-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılmasıdır. 

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən  "Bakı Fond Birjası" QSC-nin yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
 
Aygün 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM