Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

13:28 | 09.02.2024
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

2024-cü ilin yanvarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olub.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdu. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 % artaraq 285,2 milyon manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 24 % artaraq 13,6 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,2 % artaraq 11,4 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 19,6 % artaraq 72 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 % artaraq 56,4 milyon manat olub.
 
2023-cü ildə 8, 370 nəfərə işsizlikdən sığorta ödənişləri ödənilib. Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, sığorta ödənişlərinə artıq avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb.

2022-ci il işsizlikdən sığorta ödənişləri 6, 333 nəfəri, 2021-ci il isə 3, 734 nəfəri əhatə edib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM