Kürdəmirə içməli suyun verilişi bərpa olunub

23:10 | 10.02.2024
Kürdəmirə içməli suyun verilişi bərpa olunub

Kürdəmirə içməli suyun verilişi bərpa olunub

Kürdəmir rayonuna içməli suyun verilişi bərpa olunub.

Bu barədə "Report”un Yuxarı Şirvan bürosuna "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir Su-kanal sahəsinin rəisi Arzu Şahbazov bildirib.

"Azərsu” ASC-nin ərazi üzrə əməkdaşları baş verən hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçiriblər və suyun rayona verilişi bərpa olunub.

Hadisə fevralın 9-da səhər saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü km-də rayonun Atakişili kəndi razisindən keçən hissəsində qeydə alınıb. Magistral su xəttinin partlaması nəticəsində rayon mərkəzinə və bir neçə kəndə içməli suyun verlişi dayandırılıb. Su xətti rayonun 8 222 abonentinə xidmət edir.

Ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına inşa olunub. Xətt Kürdəmir rayon mərkəzini və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçrilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM