Sabah bu rayonda qaz olmayacaq

20:37 | 12.02.2024
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

"Ucar” və "Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda "Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı 13.02.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək "Ucar” ölçü qovşağından qidalanan "Əhali” orta təzyiqli qaz xəttindən və "Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM