Banklar valyuta hərracında nə qədər dollar alıblar? - Rəsmi

13:03 | 22.02.2024
Banklar valyuta hərracında nə qədər dollar alıblar? - Rəsmi

Banklar valyuta hərracında nə qədər dollar alıblar? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 108,1 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
 
Bu məbləğ əvvəlki hərrac zamanı 102,6 milyon ABŞ dolları olub. 

"Fevralın 22-də valyuta hərracı 108,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb", - mərkəzdən bildirilib.

2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb. 
 
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aygün Mirakif


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM