Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

16:09 | 26.02.2024
Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

2024-cü ilin 19-25 fevralında işğaldan azad olunan ərazilərdə 44 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 112 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA)  məlumat yayıb.

Məlumata görə, 945.7 hektar ərazi minalardan təmizlənib.

Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
 
2023-cü ilin noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM