Türkiyədə illik inflyasiya artıb

13:22 | 04.03.2024
Türkiyədə illik inflyasiya artıb

Türkiyədə illik inflyasiya artıb

Türkiyədə 2024-cü ilin əvvəlində istehlak qiymətləri indeksi yanvar ilə müqayisədə isə 11.54% artıb. Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
 
Bildirilir ki, illik inflyasiya fevralda 67.07% təşkil edib.

Yanvarda bu rəqəm 64.86% olub.

Əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 43.44% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.78% ilə restoran və otel qiymətləri olub. 
 
Türkiyədə istehlak qiymətlərinin artım tempi yanvarda sürətlənərək 2022-ci ilin noyabrından bu yana on dörd ayın ən yüksək səviyyəsinə çatıb. 

Ölkənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə,  ötən ilin dekabrında 64,8% olan inflyasiya bu ilin yanvarında  64,9% -ə kimi artıb. 

Bununla yanaşı Trading Economics-in ekspertləri orta hesabla infkyasiyanın 64,5%-ə qədər yavaşıyacağını proqnozlaşdırıblar. 

 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM