Banklar hərracda nə qədər dollar alıb? -Rəsmi

13:00 | 05.03.2024
Banklar hərracda nə qədər dollar alıb? -Rəsmi

Banklar hərracda nə qədər dollar alıb? -Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 68,9 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 80,0 milyon ABŞ dolları olub. 
 
"Martın 5-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 80,0 ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır", - mərkəzdən bildirilib.
 
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb. 
 
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM