Azərbaycan və Qazaxıstan birgə investisiya yaradıb

15:21 | 05.03.2024
Azərbaycan və Qazaxıstan birgə investisiya  yaradıb

Azərbaycan və Qazaxıstan birgə investisiya yaradıb

Azərbaycan və Qazaxıstan birgə yaradacaqları investisiya fondu vasitəsilə liman infrastrukturunun inkişafı layihələrini maliyyələşdirməyi planlaşdırır. Bu barədə Qazaxıstan Nazirlər Kabineti məlumat yayıb. 

Azərbaycan-Qazaxıstan İnvestisiya Fondu Azərbaycan və Qazaxıstanda liman infrastrukturunun inkişafı layihələrini maliyyələşdirəcək. 

Bakı və Astana birgə investisiya fondu yaratmağı planlaşdırır.

"Birgə fondun mühüm infrastruktur layihələrini maliyyələşdirməsi planlaşdırılır”, -  hökumətin məlumatında bildirib.

Onun sözlərinə görə, birgə fondun təsisçiləri Azərbaycan İnvestisiya Holdinq və Samruk-Kazyna Milli Rifah Fondu SC olacaq.

"Bu investisiya fondunun vəzifələrindən biri ölkələrimizin liman infrastrukturunun inkişafı olacaq", - məlumatda deyilir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM