DSMF-nin xərcləri artıb

15:50 | 06.03.2024
DSMF-nin xərcləri artıb

DSMF-nin xərcləri artıb

2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 675,2 milyon manat olub, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 16,5 % çoxdur. Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
 
Ötən il fondun xərcləri 6 milyard 80,6 milyon manat olub, bu da 2022-ci illə müqayisədə 15,8 % çoxalıb. 

2023-cü ildə DSMF-nin gəlirlərinin əsas hissəsini - 77,9 %-ni və yaxud 5 milyard 197,7 milyon manatını məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmaları xərclərinin isə əsas hissəsini - 94,2 %-ni və yaxud 5 milyard 725,3 milyon manatı pensiya xərcləri təşkil edib.
 
DSMF-nin 2022-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 548,8 milyon manat və ya 10,6 faiz çox olmaqla 5726,4 milyon manat təşkil edib. Həmin gəlirlərin 4580,5 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da əvvəlki illə müqayisədə 19,1 faiz və ya 733,2 milyon manat çoxdur. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM