Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

11:13 | 07.03.2024
Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

2024-cü ilin yanvar-fevralında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 3,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Cari il martın 1-nə qədər ölkədə 96 808 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
 
Azərbaycanda vergi ödəyiciləri 2024-cü il yanvarın 1-nə 95,741 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırıb. Keçən ili noyabrında  798 ədədə qarşı dekabrda kassa aparatlarının sayı 923 ədəd olub. Bu  barədə Dövlət Vergi Xidməti (DSX) məlumat verib. 

"2023-cü ildə onlar üzrə dövriyyə təqribən 22 milyard manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 14,2% çoxdur”, -  xidmətdən bildirilib.

2022-ci ildə kassa aparatlarının  dövriyyəsi 19,5 milyard manat  təşkil edib ki bu da 2021-ci ilin göstəricisindən 26,6% çoxdur. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM