Martın 7-i Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !