İlham Əliyev sərəncam imzalayıb

13:37 | 11.03.2024
İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir qrup  hərbi qulluqçusunu  "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə prezidentin rəsmi saytı məlumat verib. 
 
Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 12 hərbi qulluqçusu  "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Onların adları sərəncamda yer alıb. 

Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant
Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant
Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant
Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant
Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant
Ağayev Nemət Mir Tahir oğlu – mayor
Əliyev Rasim Nurməmməd oğlu – mayor
Quliyev Malik Əlipənah oğlu – mayor
Məhərrəmov Sətdar Razim oğlu – mayor
Niftəliyev Ayaz Tofiq oğlu – mayor
Məmmədov Bilal Şahin oğlu – kapitan.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti