2024-cü ilin yanvar-fevralında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,8 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 % təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,6 %, ötən ilin eyni dövrünə nisbətən isə 101,3 % olub.
Azərbaycanda inflyasiya 2024-cü ilin yanvarında 0,5%, 2023-cü ilin dekabrında isə 0,5% təşkil edib.
2024-cü ilin yanvarında inflyasiya 2023-cü ilin yanvarı ilə müqayisədə 1,7% təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvarında 2023-cü ilin yanvarına nisbətən ərzaq məhsulları 0,7 faiz, qeyri-ərzaq məhsulları 1,7 faiz, xidmətlər 3,2 faiz bahalaşıb.
2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1% təşkil edib.
Aytac

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !