Azərbaycanda neft hasilatı azalıb

15:53 | 12.03.2024
Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb

2024-cü ilin yanvar-fevralında 4,8 milyon ton (azalma 5,9% ) təşkil edib. Bu barədə Energetika Nazirliyi məlumat verib.
 
Hesabat dövründə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 2,7 milyon ton neft (azalma 12,9% ) hasil edilib ki, bu da  ümumi hasilatın 56,3 faizini təşkil edib.
 
2024-cü ilin yanvar-fevralında "Şahdəniz” yatağından 0,7 milyon ton kondensat (2023-cü ilin yanvar-fevral ayları səviyyəsində), SOCAR 1,3 milyon ton kondensatla neft hasil edib (27,1 milyon ton).
 
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycandan neft və kondensat ixracı 3,9 milyon ton (2023-cü ilin yanvar-fevral səviyyəsi ilə müqayisədə 4,9% azalma) təşkil edib.
 
2024-cü ilin yanvar-fevral aylarında Bakı Neft Emalı Zavodunda neft emalının həcmi təqribən 1,1 milyon ton təşkil edib (2023-cü ilin yanvar-fevralı səviyyəsində qalıb).
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM