Şirkətin məlumatına görə, 2024-cü ilin fevralında BTC ilə 17,042 milyon barel neft nəql edilib ki, bu da 2023-cü ilin fevral göstəricisindən 7,3% çoxdur.
BIL-ə görə, 2023-cü ildə BTC vasitəsilə neft ixracı 228,811 milyon barel (2022-ci il göstəricisinin 1,5% çox) təşkil edib.
Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil ediən neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR hasil etdiyi dan neft və qaz kondensatı nəql eilir.
BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir. Bunun da 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstanda, 1076 kilometri Türkiyə ərazisindən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır.
BTC Co.-nun səhmdarları bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !