Mərkəzi Bank uçot dərəcəsini azaldıb

11:10 | 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini 0,25% azaldaraq 7,75%-dən 7,5%  səviyyəsinə endirib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,5%, faiz dəhlizinin aşağı həddi 6,25% saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. ", - məlumatda bildirilib.
 
Bir gün əvvəl  Trading Economics təqdim etdiyi proqnozda Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 0,5% azalacağı qeyd olunub. 
 
2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 8,3% təşkil edir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM