DİN vətəndaşlara müraciət edib

21:42 | 28.03.2024
DİN vətəndaşlara müraciət edib

DİN vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

"30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kartı istifadəçilərini diqqətli olmağa çağırırıq.
Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”, DİN rəisi vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb