Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb

13:38 | 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb

Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb

Nərimanov rayon Məhkəməsində sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb. Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial media hesabında məlumat yayıb.

Fevralda Nazim Bəydəmirli barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentdən  xahiş edib. 
 
Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha 3 ay artırılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri həbsi Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM