Moldova səfiri Rusiya XİN-ə çağırılıb

18:32 | 29.03.2024
Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Açıqlamada Moldovanın Moskvadakı səfiri Lilian Dariusun cümə günü rusiyalı diplomatın ölkədən çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz olaraq ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub.

Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri olaraq Moldovanın ölkədəki səfirliyinin əməkdaşını "persona non-qrata” elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb