DİN vətəndaşlara müraciət edib

15:58 | 30.03.2024
DİN vətəndaşlara müraciət edib

DİN vətəndaşlara müraciət edib

Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, təkcə dünən bir neçə vətəndaşa dəyən ziyanın miqdarı 20000 manata yaxındır:

"Cinayətkar şəxslər və ya qruplar "onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar. Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb