Bakıda yaşayış binasında yanğın olub - Video - Yenilənib

23:32 | 31.03.2024
Bakıda yaşayış binasında yanğın olub - Video - Yenilənib

Bakıda yaşayış binasında yanğın olub - Video - Yenilənib

Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

 ***
 
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

 21:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.B barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM