Müharibə yenidən başlaya bilərmi?- ŞƏRH

10:24 | 02.04.2024
Müharibə yenidən başlaya bilərmi?- ŞƏRH

Müharibə yenidən başlaya bilərmi?- ŞƏRH

Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Atəşkəsin pozulması Azərbaycanla Ermənistan arasında yenidən gərginlik üçün mesaj ola bilərmi? 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirir ki, Ermənistan dövləti bir tərəfdə sülhdən danışır, digər tərəfdəndən də müharibə istiqamətində addımlar atır.
 
 "Paşinyanın timsalında görürük ki, Ermənistan 8 kəndi Azərbaycana qaytarmasindan bəhs edir və son çıxışlarında da vurğulayıb ki, Ermənistanın BMT- ə qəbul edilərkən bildirib ki, mövcud sərhədlər bizim üçün əsasdır. Bu zaman da 8 kənd Azərbaycanın tərkib hissəsi sayılır. O kəndləri də geri qaytarmaq lazımdır. Əks təqdirdə Azərbaycan tərəfi hərbi yolla  geri qaytaracaq kimi bəyanatlar verir. Həmin torpaqlarda Ermənistana məxsus deyil. Ermənistan öz torpağını Azərbaycana vermir. Azərbaycana məxsus olanı geri qaytarmaq niyyətindədir. Bu cür konstruktiv bir mövqe ifadə edir. Bir yandan da sosial şəbəkələrin Erməni siqmentində geniş yayılıb ki,  Ermənistan tərəfi sərhəddə canlı qüvvə, silah toplayır. Bu da keçən ilin sentyabrındaki analoji vəziyyəti xatırladır. Yəni Ermənistan bir tərəfdən sülhdən danışır, bir tərəfdən də müharibə istiqamətində addımlar atır. Bəllidir ki, müəyyən mənada bu arxayınlığın kökündə xaricdəki  Ermənistanı  havadarları şirnikləndirirlər. Aprelin 5-də  Brüsseldə görüşün keçirilməsi eyni məntiqdən qaynaqlanır. Bu məntiq onları həvəsləndirir. Bütün bunlar Ermənistanın təxribatçı davranışlarıdır",-deputat vurğulayıb.
 
Siyasi şərhçi Azər Qasımlı bildirir ki, əgər Ermənistan tərəfi həqiqətəndə sərhəddə qoşun toplayırsa, bu müharibənin baş verməsinə işarədir.
 
"İlk növbədə Ermənistan tərəfinin qoşun yığması faktını görmürəm. Bu sadəcə deyilir. Bunun deyilməsi, belə bir məlumatın verilməsi müharibə işarədir. Avropa ittifaqının müşahidəçi missiyası dünən açıqlama vermişdilər ki, heç bir qoşun yığılmır. Məlumatı yalanlamışdılar. Azərbaycan tərəfi dəfələrlə deyib ki, işğalda olan 8 kənd qaytarılmasa, güc yolu ilə geri alınması ehtimalı var. Ölkə daxilində də bunun üçün ciddi təbliğat gedir',- siyasi şərhçi əlavə edib.
 
Bir neçə gün öncə Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğularının və qoşunların intensiv hərəkəti müşahidə olunur.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında bağlanan 3 tərəfli bəyanatdan sonra 2024-cü ilin fevralında iki ölkə arasında sərhədyanı ərazidə ilk dəfə gərginlik yaşanıb. Belə ki, Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
 
Aytac Zeynalova
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb