Banklar hərracda 94 milyondan çox dollar alıb - Rəsmi

12:48 | 02.04.2024
Banklar hərracda 94 milyondan çox dollar alıb - Rəsmi

Banklar hərracda 94 milyondan çox dollar alıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 97,9 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 94,6 milyon ABŞ dolları olub.

"Çərşənbə axşamı valyuta hərracı 97,9 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
 
2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.


Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM