Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

16:15 | 03.04.2024
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

Media eksperti, "Toplum TV”-nin həmtəsisçisi, Ələsgər Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verdiyi vəsatət təmin olunmayıb. Bu barədə onun vəkili Aqil Layıc anews.az-a məlumat verib.
 
"Ev dustaqlığına buraxılmadı. Səhhətində vəziyyəti kritikdir. Boğazında olan onkoloji şiş böyüməkdə davam edir. Həkim rəyi var, təcili biopsiya olunmalıdır", - o deyib.
 
Martın 29-da onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunmayıb. 
 
Martın 7-də "Toplum TV"nin ofisində axtarış edilib. 

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Aygün Mirakif
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM