Emin Əmrullayevdən yeni təyinat

13:32 | 04.04.2024
Emin Əmrullayevdən yeni təyinat

Emin Əmrullayevdən yeni təyinat

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib. Bu barədə nazirlikdən bildirilib.

Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.


Kamran İsmayılov Xətai Rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş, İctimai siyasət və humanitar məsələlər şöbəsinin müdiri, həmçinin "Azərsun Holdinq"də müxtəlif vəzifələrdə çalışıb.

Bu təyinata qədər Kamran İsmayılov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb