Aktiv vergi ödəyicilərinin sayı artıb

14:29 | 05.04.2024
Aktiv vergi ödəyicilərinin sayı artıb

Aktiv vergi ödəyicilərinin sayı artıb

2024-cü ilin aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 % çox - 768,1 min olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Cari ilin yanvar-martında aktiv ƏDV ödəyicilərinin sayı isə 3,9 % artaraq 47,5 min təşkil edib.

3 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,2 % artaraq 205 minə çatıb.
 
Son 5 ildə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. 

"Vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır. Ötən il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması müəyyən olunub",- DVX-nin rəisi Orxan Nəzərli fevralın 15-də keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb