SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə "Azəriqaz” İB məlumat yayıb.
"Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104 Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan vatsap nömrəsinə də mesajlarını göndərə bilərlər.
Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları 10.04.2024 - 14.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası, Xəzər və Qaradağ xidmət sahələrində xidmət göstərəcəklər.
Həmçinin 10.04.2024 - 13.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək Sabunçu və Abşeron xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməlliyyatların icrası təmin ediləcək”, - məlumatda deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !