Xankəndidə silah-sursat aşkarlanıb

10:19 | 13.04.2024
Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM