Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !