Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib.
6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !