1 həftə ərzində təmizlənən minalı ərazilərin sayı açıqlanıb

15:04 | 22.04.2024
1 həftə ərzində təmizlənən minalı ərazilərin sayı açıqlanıb

1 həftə ərzində təmizlənən minalı ərazilərin sayı açıqlanıb

2024-cü il 15-21 aprel aralığında işğaldan azad olunmuş ərazilərdə 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
   
Bir həftə ərzində 1429,1 hektar ərazi minalardan təmizlənib.  
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM