Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

15:15 | 25.04.2024
Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 75,4 milyon ABŞ dollar satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 77,4 milyon ABŞ dolları olub.

"Çərşənbə axşamı valyuta hərracı 75,4 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
 
2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı  
 
 
 
2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 442.7 mln. manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu cari ilin əvvəli ilə müqayisədə 6.1% çoxdur.

2023 ilin aprel ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 23.1% və ya 4 mlrd. 777.9 mln. manat artıb. Belə ki, ötən ilin aprel ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 664.8 mln. manat təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM