2024-cü ilin yanvar-martında "Azəripək” MMC 291.8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu da illik müqayisədə gəlirləri 16.4% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın aprel sayında bildirilib.
2023-cü ilin eyni dövründə isə "Azəripək”in ixracdan gəliri 349.2 min ABŞ dolları olub.
2022-ci ilin ilk 8 ayı ərzində "Azəripək" MMC 1,3 milyon dollar dəyərində məhsul ixrac edib.
"Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !