Vergi ödəyicilərinin sayı artıb

17:22 | 07.05.2024
Vergi ödəyicilərinin sayı artıb

Vergi ödəyicilərinin sayı artıb

2024-cü il mayın 1-nə aktiv vergi ödəyicilərinin sayı 768,9 minə çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 0,9% çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, ƏDV ödəyicilərinin sayı 48,1 min olub ki, bu da 5,3% artım deməkdir.
 
Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6 % artaraq 205,7 min olub.
 
2024-cü ilin aprelin 1-nə Azərbaycanda 1 milyon 537 min 952 vergi ödəyicisi uçotda olub. 

Cari iln ilk üç ayında ölkədə 2 825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2,544-ü (90,1 %) yerli investisiyalı, 281-i (9,9 %) xarici investisiyalı qurumlardır.

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2 198-i (77,8 %-i) elektron qaydada, 627-si (19,3 %-i) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
 
Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 % təşkil edib.

2023-cü ilin yanvar-oktyabrında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 % artıb.

Noyabrın 1-nə 22 188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Son 1 ildə onların aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 12,5 % artıb.

Aygün 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti