Mayın 11-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub. Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !