Bakının iki rayonunda qaz olmayacaq

10:13 | 14.05.2024
Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan 'Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədilə mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM