Sabah bu rayonda qaz olmayacaq

18:18 | 22.05.2024
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

"Qaz İxrac” İdarəsinə məxsus "Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı 23.05.2024-cü il tarixində saat 10:00-dan 25.05.2024-cü il tarixində (3 gün müddətində) işlər başa çatanadək "Şəmkir-1Əhali”, "Şəmkir-2 Sənaye”, "Çinarlı əhali”, "Çinarlı Sənaye”, "Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.Bu barədə "Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün müddətində müvəqqəti fasilə yaranacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM