Kürdə suyun səviyyəsi azalıb

12:48 | 28.05.2024
Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb

28 may saat 12:00-a olan məlumata əsasən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 497 sm təşkil edir.

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb