Faktiki hava açıqlanıb - Yenilənib

15:35 | 01.06.2024
Faktiki hava açıqlanıb - Yenilənib

Faktiki hava açıqlanıb - Yenilənib

İyunun 1-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.
 
 11:42

Mayın 31-i ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin günün ikinci yarısından hava dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şahdağ, Tovuzda 5 mm, Daşkəsən, Şəkidə 4 mm, Gəncə, Xınalıq, Qrız, Göygöl, Sədərəkdə 3 mm, Gədəbəy, Qəbələ, Şəmkir, Oğuz, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Ağcabədi, Cəfərxanda 2 mm-dək olub.

Mayın 31-də Göygöl rayonunda saat 23:00-23:03 radələrində diametri 6 mm olan, Daşkəsən rayonu Aşıqlı və Çaylı kəndlərinə isə xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35, Naxçıvan MR-da 32-37, Aran rayonlarında 31-36, dağlıq rayonlarda 18-23 dərəcə isti olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM