Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

11:19 | 04.06.2024
Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verilmiş vəsatəti təmin etməyib. Bu barədə onun vəkili Rövşanə Rəhimova bildirib.


Vəkil bildirirb ki, məhkəmədə istintaq orqanı yenində həbsin uzadılmasını istintaq hərəkətlərinin aparılması zərurəti ilə əsaslandırıb. İstintaq orqanı hesab edir ki, Absalamova azadlıqda qalarsa təhqiqatın gedişatına təsir göstərə bilər.

Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənli barəsində isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Bundan əvvəl ABŞ Dövlət departamenti "Abzas Media"nın jurnalistlərinin həbsinə münasibət olaraq Azərbaycan hökumətini ölkədə hüquq və azadlıqlara hörmət etməyə çağırıb. 
 
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir. 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM