Kamran Əliyevdən yeni təyinat

16:41 | 04.06.2024
Kamran Əliyevdən yeni təyinat

Kamran Əliyevdən yeni təyinat

Füzuli rayonuna yeni prokuror təyin edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.


Əmrə əsasən, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev vəzifəsindən azad olunub və ona Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.


Bundan başqa, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. E.Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib


Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.


Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.


 Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM