Azərbaycan əcnəbilər üçün artıq cazibədar bir ölkəyə çevrilib - Bəhruz Məhərrəmov/VIDEO

14:02 | 07.06.2024
Azərbaycan əcnəbilər üçün artıq cazibədar bir ölkəyə çevrilib - Bəhruz Məhərrəmov/VIDEO

Azərbaycan əcnəbilər üçün artıq cazibədar bir ölkəyə çevrilib - Bəhruz Məhərrəmov/VIDEO

Azərbaycan əcnəbilər üçün artıq cazibədar bir ölkəyə çevrilib. Bunu deputat Bəhruz Məhərrəmov deyib. 

"Yeni qanun ölkədə qanunsuz yaşayan əcnəbilər məhdudlaşıdırıcı xarakter daşıyır.  Amma burada bir çox reallıqlar üzə çıxır. Bu da Azərbaycan dövlətinin təhlükəsiz bir ölkə olduğunu bir daha sübut edir. Əcnəbilər sakit, təhlükəsiz ölkədə yaşamaq istəyir. Ona görə də bu cür istəklər bir çox zərurətlər yaradır”, - deputat iyunun 7-də Milli Məclisdə Ailə Məcələsinə edilən dəyişiklə bağlı qanununa münasibət bildirərkən deyib. 

Deputat bildirib ki, bir zaman azərbaycanlılar özləri üçün başqa ölkədə rifah axtarırdı, amma indi əcnəbilərin ümid yeri Azərbaycan olub. 

Ailə Məcəlləsinə edilən yeni dəyişikliyə görə əcnəbi vətəndaşlardan biri oturum icazəsi olmadan nikaha daxil ola bilməyəcək. İndiyədək isə onların nikaha daxil olması ilə bağlı hər hansı tələb yox idi.
 
 

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM