Azərbaycana xaricdən pul köçürmələri azalıb

16:36 | 07.06.2024
Azərbaycana xaricdən pul köçürmələri azalıb

Azərbaycana xaricdən pul köçürmələri azalıb

2024-cü ilin yanvar-aprelində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 607.5 milyon manat vəsait daxil olub. bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% çoxdur. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
 
Hesabat dövründə banklardan xaricə göndərilən vəsaitin həcmi 23.1% azalaraq 173.1 milyon manat təşkil edib.
 
Ötən il Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat vəsait daxil olub. Bu da əvvəlki illə müqayisədə banklara daxil olan vəsaitin həcmi 57,4 faiz (2.3 dəfə) və ya 3 milyard 330.6 milyon manat azdır.

2022-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 798.6 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 1 milyard 4.4 milyon manat təşkil edib.
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM