İqlim dəyişikliyi ada dövlətləri üçün təhlükədir- COP29-un baş icraçı direktoru

12:35 | 10.06.2024
İqlim dəyişikliyi ada dövlətləri üçün təhlükədir- COP29-un baş icraçı direktoru

İqlim dəyişikliyi ada dövlətləri üçün təhlükədir- COP29-un baş icraçı direktoru

Qlobal iqlim dəyişikliyi ada dövlətlərinin mövcudluğuna təhlükə yarada bilər. Bunu  energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov  bildirib. 

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin nəticələrindən düzəlməz zərər çəkə biləcək ada dövlətləri ilə danışıqlar aparır.

Soltanov qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və daşqın kimi mənfi nəticələrinə də həssas yanaşır.

"Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcək COP29-un gündəliyinə daxil edilməlidir", - nazir müavini əlavə edib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM