Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

15:14 | 14.06.2024
Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

2024-cü ilin yanvar-mayında yeni nəsil nəzarət-kassa (NKA) aparatları vasitəsilə qeydə alının dövriyyə 153,3 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 93,7 milyon manat çoxdur. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. 
 
İyunun 1-dək Naxçıvanda 3506 yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

İndiyədək Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

5 ayda istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.
 
Azərbaycanda vergi ödəyiciləri 2024-cü il yanvarın 1-nə 95,741 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırıb. Keçən ili noyabrında  798 ədədə qarşı dekabrda kassa aparatlarının sayı 923 ədəd olub.

2022-ci ildə kassa aparatlarının  dövriyyəsi 19,5 milyard manat  təşkil edib ki bu da 2021-ci ilin göstəricisindən 26,6% çoxdur. 
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür