Antalyada meşə yanğını başlayıb

17:17 | 07.07.2024
Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb.Bu barədə "Anadolu” agentliyi xəbər verir.
 
Yanğın Aksu rayonunda Murtuna məhəlləsi yaxınlığında bașlayıb.Küləyin təsiri ilə qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.

Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.

Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM